Deputatdan kitab oğurlayan gənclərə: “İstədiyiniz kitabı sizinçün alacam”

Deputatdan kitab oğurlayan gənclərə: “İstədiyiniz kitabı sizinçün alacam”

Hazırda oxunan: Deputatdan kitab oğurlayan gənclərə: “İstədiyiniz kitabı sizinçün alacam”

24010

“Kitab oğurlayan gənclərin xərclərini ödəməyə hazıram. Eyni zamanda əgər istəslər, onlara şəxsi kitabxanamdan kitab bağışlamağa, istədikləri kitab məndə olmazsa, kitab mağazasından həmin kitabı almağa söz verirəm”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkə hesabında bildirib: “İstəslər, sonra yaxınlıqdakı kafedə oturub, bir fincan çay ətrafında kitab və ədəbiyyat barədə söhbət də edə bilərik”.
 

MÖVZU İLƏ BAĞLI:

Kitab oğruluğunda ittiham olunan Elməddin: "Biz kitabları oğurlamamışıq" - VİDEO

 


Millət vəkili əlavə edib:

“İstənilən oğurluğun əleyhinəyəm. "Kitab oğurluğu oğurluq deyil" fikri kökündən səhvdir və kitab sahiblərini bir qayda olaraq pis vəziyyətdə qoyur. Ancaq bununla belə məsələlərə bir bir qədər fərqli baxmaq lazımdır. İnternet resurslarında satış yerlərində kiçik oğurluq edənlər tutulanda mal sahiblərinin onlara necə diqqətlə yanaşdıqları barədə çoxsaylı videofilmlər var. Bu kitab mağaza sahibi də onları tapdıraraq həmin kitabları onlara bağışlasa və hətta bir fincan çay ətrafında söhbət etsəydi, tamam başqa bir nəticə əldə etmək olardı. Ən əsası həmin gənclər bir kitaba sığmayan bir həyat dərsi almış olardılar”. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO