Siqaret və alkoqol peyvəndə necə təsir edir?

Siqaret və alkoqol peyvəndə necə təsir edir?

Hazırda oxunan: Siqaret və alkoqol peyvəndə necə təsir edir?

23927

Siqaret və alkoqol peyvəndin effektivliyini azaldır. 

Siqaret və alkoqol istifadəsi immunitet sisteminə mənfi təsir etdiyi kimi qrip və yeni növ koronavirus (Covid-19) peyvəndlərinin təsirini də azalda bilər. 

Bizim.Media e-tibb-ə istinadla bildirir ki, Türkiyədən olan tanınmış həkim, professor Cevdet Erdöl mediaya açıqlamasında tütün məmulatları və alkoqolun sağlamlığa və peyvəndlərəə mənfi təsiri barədə danışıb.  

Siqaretin vaksinə təsirini qiymətləndirən C. Erdöl 40 il əvvəl, günümüzdəki üsullardan daha sadə metodlardan istifadə olunaraq aparılan tədqiqatlarda siqaret istifadə edənlərdə peyvəndləmədən sonra immunitetin siqaret çəkməyənlərlə müqayəsədə zəif olduğu müşahidə edilib. Onun sözlərinə görə, siqaretin immun cavab reaksiyalarını zəiflətdiyinə dair güclü dəlillər var.
 

Bu mövzuda Avstraliyada aparılan bir araşdırma haqqında məlumat verən mütəxəssis qeyd edib ki, müqayisəli qrupları əhatə edən elmi araşdırmada siqaret çəkməyin qrip peyvəndi reaksiyasına təsiri araşdırılıb.


Araşdırmada antikorlardakı dəyişikliyə görə, siqaret çəkənlərin çəkməyənlərə nisbətən epidemik qripə daha yüksək yoluxma ehtimalının olduğu məlum olub.

Bu və bənzər başqa araşdırmalarda siqaret tüstüsünə məruz qalmanın immunitet reksiyalarını zəiflətdiyi təsbit olunub. Məlum olub ki, tütün tüstüsü hüceyrələrin bölünməsini azaldır və hüceyrə ölümünü artırır.

Professor alkoqol istifadəsinin vaksinlərə təsiri ilə bağlı araşdırmaların aparıldığını da qeyd edib. Alkoqoldan istifadə etməyin də peyvəndlərin hədəf aldığı immunitet stimullaşdırmasını pisləşdirdiyi elmi olaraq sübut edilib. Xaricdəki bir araşdırmada vərəm peyvəndindən əvvəl alkoqol qəbul edən insanlarda spirtli içkinin immunitet reaksiyasının inkişafının qarşısını aıldığı məlum olub.

Professor vurğulayıb ki, bu çatışmazlıqlar immunitet sisteminin təməl funksiyalarında olduğundan, eyni nəticələr Covid-19 peyvəndi prosesi üçün də keçərlidir.

Bundan başqa, mütəxəssis qeyd edib ki, alkoqol qaraciyər yağlanmasına səbəb olur və qaraciyər funksiyalarını pozur və hər iki vəziyyət də Covid-in gedişatına mənfi təsir edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO