Kitab oğruluğunda ittiham olunan Elməddin:

Kitab oğruluğunda ittiham olunan Elməddin: "Biz kitabları oğurlamamışıq" - VİDEO

Hazırda oxunan: Kitab oğruluğunda ittiham olunan Elməddin: "Biz kitabları oğurlamamışıq" - VİDEO

23913

"Sevdiyim insanlar məlum hadisəyə görə, narahat olmasınlar. 3 gün əvvəl biz məhkəmə prosesində bəraət alıb azadlığa çıxmışıq. Hadisənin 3 gün sonra mediada bu cür dramatik formada tirajlanması qarşı tərəfin soyumayan hiddətinin nəticəsidir".

Bizim.Media xəbər verir ki, bu sözləri kitab oğurlamaqda ittiham edilən Elməddin Süleymanov bildirib. 

Məlum hadisə ilə bağlı video paylaşan Elməddin Süleymanov kitabları oğurlamadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Kitab oğurlayan şəxslər tutuldu - VİDEO


“Biz kitabları oğurlamamışıq. Kitabları yerindəcə onlara təhvil verməyimizə baxmayaraq, xəbəri mediaya ötürərək sanki şiddətə məruz qaldıqlarını bildiriblər. Bu, polis ifadələrində də var. Onlar bunu inkar etdilər.

Bizim heç kiminlə prinsipiallığımız yoxdur, biz onlara maddi və mənəvi zərər vurmadığımız və bunu məhkəmə yolu ilə sübut etdiyimiz halda bu məsələni cəmiyyətə qədər apardılar. Aparsınlar...

Biz öz adımızdan cəmiyyətə lazımi açıqlama veririk ki, hadisə tirajlandığı kimi deyil, məhkəmə tərəfindən əlimizdə sənədimiz var. Biz o sənədə əsasən günahsızıq və bunu onlayn formada paylaşmağı planlayırıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO