“Ordu döyüşməkdən imtina etdi”- PAŞİNİYANDAN ACI ETİRAF

“Ordu döyüşməkdən imtina etdi”- PAŞİNİYANDAN ACI ETİRAF

Hazırda oxunan: “Ordu döyüşməkdən imtina etdi”- PAŞİNİYANDAN ACI ETİRAF

2385

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin tövsiyəsindən sonra Qarabağa dair razılaşma imzalamağa qərar verdiyini bəyan edib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında canlı yayımda deyib.

O, həmçinin ölkədə müharibəni davam etdirmək üçün ehtiyat qüvvələrin səfərbər edilməsi ilə bağlı problemlərin olduğunu etiraf edib.

Paşinyanın sözlərinə görə, ordu Qarabağa dair müqaviləni imzalamaqda israr edib, çünki resurslar tükənib:

"Ordu dayanmağın lazım olduğunu söylədi. Ona görə ki, problemlər var idi, amma onların həlli üçün heç bir perspektiv mövcud deyil və ya resurs tükənib”.

Bundan başqa, Paşinyan qeyd edib ki, səfərbərliklə bağlı problemlər var idi, ümumiyyətlə, ölkə döyüş əməliyyatları aparmağa hazır deyildi. Ön cəbhədə döyüşənləri əvəz edənlər yox idi.

“Döyüşənlərin dincəlmə fürsəti olmalı idi. Cəbhə xəttində bir ay ərzində döyüşənləri əvəz edən yox idi."

"Ona görə də Ermənistan rəhbərliyi və tanınmamış “DQR” müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar qəbul etdi. Əks halda bunun nəticələri daha pis olacaqdı”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO