Çin və Ukrayna kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Belə ki, Pekin və Kiyev Ukraynanın kənd təsərrüfatı məhsullarının və yabanı su məhsullarının Çinə ixracına dair müqavilə imzalayıblar.
Sənədlər martın 6-da Kiyevdə Çinin Ukraynadakı səfiri Ma Şenqkun və Ukraynanın aqrar siyasət naziri İqor Kovalın iştirakı ilə imzalanıb.
"Çin və Ukrayna arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq bir-birini tamamlayır və böyük potensiala malikdir", - Ma Şenqkun qeyd edib.
Xatırladaq ki, daha əvvəl Çin Ukrayna münaqişəsi ilə bağlı Rusiya-ABŞ dialoquna da açıq şəkildə qarşı çıxıb. Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaye bildirib ki, Çin Ukrayna və Aİ-nin iştirakı olmadan ABŞ-Rusiya danışıqlarının əleyhinədir. Ukrayna üçün sülh sazişi yalnız ABŞ və Rusiya arasında müəyyən edilməməlidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:10 / 08.03.2025
Çindən gözlənilməz ADDIM – Ukrayna ilə mühüm SAZİŞ İMZALANDI
Hazırda oxunan: Çindən gözlənilməz ADDIM – Ukrayna ilə mühüm SAZİŞ İMZALANDI
Hazırda oxunan: Çindən gözlənilməz ADDIM – Ukrayna ilə mühüm SAZİŞ İMZALANDI
238307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.