Tramp İranı çökdürməyə hazırlaşır – Yeni planın DETALLARI

Tramp İranı çökdürməyə hazırlaşır – Yeni planın DETALLARI

Hazırda oxunan: Tramp İranı çökdürməyə hazırlaşır – Yeni planın DETALLARI

238264

“Donald Tramp administrasiyası İranın iqtisadi təhlükəsizliyini məhv etməklə Tehrana qarşı yenilənmiş sanksiya siyasətinə başlamaq niyyətindədir”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

Onun sözlərinə görə, Vaşinqton İslam Respublikasının neft sektorunu bloklamaq və İranın müdafiə sənayesini çökdürməyi planlaşdırır.

Bundan əlavə, Ağ Ev artıq qorxu effekti yaratmaq məqsədilə beynəlxalq dənizlərdən keçən İran neft tankerlərinin dayandırılması və yoxlanılması ssenarisini diqqətlə öyrənməyə başlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb. "İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var", - Tramp deyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO