Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti bahalaşıb.
Bizim.Media xəbər verir ki, belə ki, 20 gündür ki, bazarlarda ən bahalı kartof 2 azn-ə, ən ucuzu isə 1,20 azn-ə satılır.
Satıcılar deyir ki, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması, xaricdən də kartof idxalının azalmasıdır.
Satıcıların sözlərindən belə başa düşdük ki, hazırda bazarda daha çox yerli kartof var.
İqtisadçılar isə bahalaşmanın 2 səbəbinin olduğunu deyir. Onların fikrincə xaricdən kartof idxalı azalıb. Digər bir səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu 2 səbəb kartofun qiymətinə təsir edir.
Qeyd edək ki, 2024-cü ildə ölkədə 1 milyon tona yaxın kartof istehsal olunub. Onun da 48,3 min tonu xaricə ixrac edilib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:25 / 08.03.2025
Bayramqabağı bazarlarda kartof BAHALAŞDI - VİDEO
Hazırda oxunan: Bayramqabağı bazarlarda kartof BAHALAŞDI - VİDEO
Hazırda oxunan: Bayramqabağı bazarlarda kartof BAHALAŞDI - VİDEO
238252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.