Azərbaycan gələn həftə quru sərhədlərini aça bilər

Azərbaycan gələn həftə quru sərhədlərini aça bilər

Hazırda oxunan: Azərbaycan gələn həftə quru sərhədlərini aça bilər

23812

Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat yayıb.

Onun sözlərinə görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib.

Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.

"Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. Avtobusla gömrük-buraxılış məntəqəsinə daxil olan sərnişinlərin nəqliyyat vasitəsindən düşüb yoxlanışdan keçməsi qadağan ediləcək. Onlar elə avtonəqliyyat vasitəsində də yoxlanacaq. Amma piyada, fərdi qaydada keçid edən sərnişinlər isə xüsusi nəzarət altında yoxlamadan keçərək məntəqəni tərk edəcək. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik və əgər hər hansı dəyişiklik olmasa, sərhədlər iyunun 15-də açılacaq", - deyə mənbə qeyd edib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO