Kreml: “Qarabağın statusu BMT qətnamələrinə müvafiq olmalıdır”

Kreml: “Qarabağın statusu BMT qətnamələrinə müvafiq olmalıdır”

Hazırda oxunan: Kreml: “Qarabağın statusu BMT qətnamələrinə müvafiq olmalıdır”

2381

“Qarabağla bağlı bəyanatda bu regionun statusu qeyd olunmur. Burada beynəlxalq aktlardan və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən çıxış etmək lazımdır”.

Bizim.Media Rusya KİV-nə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, bu sənəddə Qarabağın statusu ilə bağlı danışılmır. Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO