Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Bizim.Media xəbər verir ki, bu uğura boksçu Məhəmməd Abdullayev imza atıb.
O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda ukraynalı Tsotne Roqavaya qalib gəlib.
MÖVZU İLƏ BAĞLI:
Daha bir boksçumuz Tokio-2020-yə lisenziya qazandı
Bu qələbə həm yarımfinala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 27-ə çatıb. Abdullayev bu siyahıda beşinci boksçudur.
Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.
Bizim.Media