Müharibə bitdi sözündən xoş kəlmə ola biməz. Mənim üçün 9 may - Qələbə Günü gözəl gün idi. İndi yer üzündə ən gözəl gün 8 noyabr - Şuşanın işğaldan azad olunduğu tarixidir.
Millət vəkili Aqil Abbas Bizim.Media-ya qələbə sevincini bölüşərkən belə deyib:
“Paşinyan da sürünə - sürünə gəlib o sənədlərə qol çəkəcək. Əsas onların qoşunlarının torpaqlarımızdan çıxarılması idi. Biz öz ərazi bütövlüyümüzə qovuşuruq.
"Onlar da bizimlə yaşayası olsa konstitutsiyamızı qəbul edib, ləyaqətlə yaşamalıdırlar. Biz torpaqlarımızı qanla aldıq. Kimsə Qarabağı bizə hədiyyə etmədi.”
Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan böyük sazişə əsasən noyabr ayının 20 -nə qədər Ağdamın geri qaytarılmasını gözləyirik. Siz necə onlara inanırsızmı, deyə soruşduq:
“Bizim qoşun Şuşakənddə idi. Şuşakəndlə Xankəndi arasında 2-3 km məsafə var. Verməsələr, biz də Xankəndini gedib alacağıq."
"Biz onlarla hiyləgər siyasət aparmadıq. Bizi çaşdıran hərəkətlər etsələr cavabalarını da o şəkildə alacaqlar”.
Millət vəkili onu da bildirdi ki, bizim hərbi əməliyyatlarımızın hədəfi heç vaxt dinc əhali olmayıb:
“Görürsünüz, biz Şuşanı dağıtmadıq. Niyə dağıdaq, axı bizimdir. Biz yalnız hərbi obyektləri vururduq. Amma gərək bir ay Şuşanı dezinfeksiya edək ki, erməni iyi ordan təmizlənsin”.
Aqib Abbas Ağdama geri döndükdən sonra ilk görəcəyi işindən də söz açaraq, imkanlı adamlara da çağırış etdi:
“Çadır qurub öz həyətimizdə yaşayacam. Sonra öz evimi də özüm tikəcəm. Dövlətə niyə ziyan verək. Dövlət inzibati binalarını tiksin. Biz imkanı olan ağdamlılar isə evlərimizi özümüz tikək”.
Gülşanə Mustafayeva, Bizim.Media