Azərbaycanda kişi intihara cəhd etdi - FOTO

Azərbaycanda kişi intihara cəhd etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda kişi intihara cəhd etdi - FOTO

23680

Xaçmaz rayon sakini özünü ağacdan ataraq intihara cəhd edib.

Bizim.Media xəbər verir ki, hadisə Qusarçay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Ramin Qeybulla oğlu Əlməmmədov Xaçmaz-Xudat avtomobil yolunun kənarındakı çinar ağacına qalxaraq özünü hündürlükdən atmaqla intihara cəhd edib.

Yaxınlıqda olan həmkəndliləri onun cəhdinin qarşısını almaq istəyiblər. Ağacdan yıxılan R.Əlməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

R.Əlməmmədova hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, Xudat Şəhər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, R.Əlməmmədovun spirtli içki qəbul etdiyi və hadisənin ailə münasibətləri zəminində törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO