Rusiyada polisin qətlə yetirdiyi gənc Dmanisidə dəfn edilib - FOTO

Rusiyada polisin qətlə yetirdiyi gənc Dmanisidə dəfn edilib - FOTO

Hazırda oxunan: Rusiyada polisin qətlə yetirdiyi gənc Dmanisidə dəfn edilib - FOTO

23631

Mayın 28-də Rusiyanın Novosibirsk vilayətində yol polisi əməkdaşının ölümcül yaraladığı 19 yaşlı Vəkil Abdullayev doğulduğu Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində dəfn edilib. 

Bizim.Media xəbər verir ki, bu gün mərhumun üç mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Abdullayevlər ailəsinə baş çəkib, gəncin doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbir diləyib. Mərasimdə kənd sakinləri və Dmanisi merinin müavini Arif Süleymanov da iştirak edib. 

Qeyd edək ki, V.Abdullayevin qətlində ittiham olunan yol polisi müfəttişi Aleksandr Qusev həbs edilsə də, ötən gün azadlığa buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO