15 yaşlı qızı qaçırdılar - POLİS TAPA BİLMİR 

15 yaşlı qızı qaçırdılar - POLİS TAPA BİLMİR 

Hazırda oxunan: 15 yaşlı qızı qaçırdılar - POLİS TAPA BİLMİR 

23607

Gürcüstanın Bolnisi rayonunun Arıxlı (Naxiduri) kəndində 15 yaşlı qız məktəbə gedərkən Telavinin Qaracala kənd sakini tərəfindən qaçırılıb.

Valideyinlər qızlarının zorla qaçırlıdığını deyirlər: qaçırılan 15 yaşlı qızın ailəsi Telavi rayon polis bölməsindən qızlarının tapılmasını tələb edirlər:

"Bizim uşağımız o oğlanı tanımırdı. Onlar sadəcə bir dəfə internetdə əlaqə saxlayıblar, daha sonra isə heç bir əlaqələri olmayıb. Mən işdə olduğum zaman, qızım zəng vurdu ki, məni qaçırıblar, daha sonra əlaqə kəsildi. Sonra bizə məlum oldu ki, oğlan Telavinin Qaracala kəndindəndir. İki gündür ki, uşağımızı görmək üçün, polisdən xahiş edirik, ancaq heç kim bizə heç nə demir,"-deyə qızın anası bildirib. 

Sözügedən oğlanın valideyinləri polis şöbəsinin qarşısına gələrək, oğlan və qızın birbirini tanıdıqlarını və aralarında sevgi münasibətlərinin olduğunu bildiriblər.

Qızın valideyinləri isə bunu qəbul etməyiblər. Faktla bağlı Daxili işlər nazirliyi cinayət məcəlləsinin 143-cü maddəsi əsasında istintaq başladıb. 

Xatırladaq ki, Gürcüstanda məktəbyaşlı qızların qaçırılması və evləndirilməsi adi bir məişət hadisəsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO