“Haber Global”dan şəhid jurnalistlərlə bağlı sərt AÇIQLAMA

“Haber Global”dan şəhid jurnalistlərlə bağlı sərt AÇIQLAMA

Hazırda oxunan: “Haber Global”dan şəhid jurnalistlərlə bağlı sərt AÇIQLAMA

23545

Türkiyənin “Haber Global” telekanalı Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı Ermənistanı kəskin qınayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı verilən açıqlamada deyilir:

“Ermənistan mina xəritələrini Azərbaycana vermədiyi üçün Kəlbəcərdə və Qarabağın müxtəlif bölgələrində işləyən və ya işləyəcək bütün mətbuat nümayəndələri bu təhlükə ilə üz-üzədir.

“Haber Global”ın sabiq müxbiri Osman Girgin, jurnalistlər Ela Sezen, Hasan Uylaş, Murat Karataş və komanda yoldaşları da Qarabağda təhlükə altında xidmət ediblər. Vəziyyəti yalnız ictimaiyyəti məlumatlandırmaq olan bu jurnalistlər eyni acı sonu yaşaya bilərdilər.

AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun kədərini ürəyimizdə hiss edərkən, “Haber Global” olaraq Ermənistanı razılaşmaya uyğun olaraq mina xəritələrini təqdim etməyə çağırırıq. Artıq jurnalistlər, mülki vətəndaşlar minaların qurbanı olmamalıdır”.

Xatırladaq ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO