POMİDOR BÖHRANI – Fermerlər AQTA-dan niyə şikayətçidir?

POMİDOR BÖHRANI – Fermerlər AQTA-dan niyə şikayətçidir?

Hazırda oxunan: POMİDOR BÖHRANI – Fermerlər AQTA-dan niyə şikayətçidir?

23538

Azərbaycan fermerləri Rusiyaya pomidor ixrac edə bilmir. Bunun artıq təkcə hər hansı bir rayona aid bir problem olmadığı, ölkənin bir çox bölgələrini əhatə etdiyi aydın olur.

İxracın qarşısını alan səbəblər çoxşaxəlidir, yük vaqonları fəaliyyət göstərmir, gömrük postunda maşınlar 10-12 gün növbə gözləməli olur və bu səbəbdən də fermlərdən 5-6 min dollar vəsait tələb edirlər, fermerlərin həmin vəsaiti ödəməyə maddi imkanları çatmır və s.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda POMİDOR BÖHRANI – Cavid Qurbanov 160 vaqon verəcəyini vəd edib, ƏGƏR...


Səbəblərdən biri isə odur ki, Qida Təhlükəsizliyi Agentliyi istehsal olunan məhsula sertifikat vermək üçün fermerlərin qarşısına tələb qoyub – pomidor becərilən istixananın sahəsi 1 hektardan aşağı olmamalıdır. Sual yaranır, qidaların keyfiyyətinə məsul olan bir Agentliyin bu tələbi qoyması hansı zərurətdən yaranır? Hektardan kiçik istixanalarda yetişdirilən məhsullar məgər keyfiyyətsiz olur? 

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kənd təsərrüfatında adətən daha böyük sahələrdə məhsuldarlıq əldə etmək asan hesab olunsa da, bu amil istixana təssərrüfatına aid deyil: 

“Əksinə istixana nə qədər kiçik olsa, orda məhsuldarlığı daha da genişləndirmək olar. Görünür ki, bu yalnız Qida Təhlükəsizliyi Agentliyinin irəli sürdüyü prinsip deyil və kənd təssərrüfatı sahələrinin monopoliyaya alınmasında pərdəarxası razılaşma var. Kənd təsərrüfatının müxtəlif seqmentlərini, müxtəlif varinatlarla bir ələ cəmləşdirib, idarə etmək istəyirlər”.

İqtisadçı deyir ki, təsərrüfatların birləşdirilməsi məhsuldarlığı genişləndirəcək amil olsa da, bunun təzyiq, fermerlərə yaradılan maneələr vasitəsi həyata keçirilməsi və hansısa monopolostin əlində cəmləşdirilməsi doğru deyil:

“Hökumət elə variantlar təklif etməlidir ki, həmin fermerlər özləri birləşsinlər və kollektiv formada istehsalla məşğul olsunlar. Amma görünən odur ki, gizli bir qüvvə kənd təsərrüfatını monopoliyaya almaq istəyir. Qəsdən Rusiya bazarlarına pomidorun vaqonlarla çıxarılması məhdudlaşdırılıb. Pomidor ixracını əngəlləmək üçün hətta Rusiyanın fitosanitar qurumu ilə əməkdaşlıq edilib”.

Akif Nəsirli bildirib ki, kiçik istixanalarda istehsal olunan məhsulun keyfiyyətsiz olduğunu iddia etmək də mümkün deyil: 

“Əksinə istixana nə qədər kiçik olursa, keyfiyyət də o qədər yüksək olur. Çünki onların maliyyə tutumu az olduğuna görə, fermerin manevr imkanları genişlənir. 1 hektarlıq istixanada məhsulun yetişdirilməsinə milyonlarla vəsait lazımdır, amma 10 arlıq (sot) istixanada yüksək keyfiyyət əldə etməyə hər bir fermerin gücü catır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO