Buğda biçini iyunun 15-də başlayacaq – 27 rayonda isə arpa biçilir

Buğda biçini iyunun 15-də başlayacaq – 27 rayonda isə arpa biçilir

Hazırda oxunan: Buğda biçini iyunun 15-də başlayacaq – 27 rayonda isə arpa biçilir

23470

Azərbaycanda taxıl biçini mövsümü başlanıb. Artıq sahələrdən 60 min tonadək məhsul yığılıb.

Bizim.Media xəbər verir ki, bu il mövsümə ilk olaraq Neftçala rayonunda start verilib. 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkənin 27 rayonunda arpa biçini aparılıb. İyun ayının ikinci ongünlüyündə isə aran rayonlarında buğda biçinini başlanacaq.

Bu il 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Onun 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir.

Mövsümün ilkin mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edib. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO