Niderlandda Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi verilib

Niderlandda Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi verilib

Hazırda oxunan: Niderlandda Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi verilib

23405

Niderland Krallığının şimali Amsterdam bölgəsi üzrə gənc sosialistlər təşkilatının sədri Həcər Karaman Sosialistlər Partiyasının rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edib.

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sənəddə xalqımızın qədim tarixə malik olması, mürəkkəb yol keçməsi, Qarabağın əzəli torpaqlarımız olması barədə ətraflı məlumat verilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə etnik azərbaycanlılara qarşı amansız və dəhşətli soyqırımı törətdiklərinə diqqət cəlb edilib. BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına, Avropa İnsan Hüquqlarının Məhkəməsinin sənədlərinə istinadən soydaşımız bildirib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətidir.

Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı digər ağır cinayətlər də törədib.

Bu dəhşətli cinayətlərdən biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda minaların yerləşdirilməsidir. 1 mart 1999-cu ildə qüvvəyə minmiş “İnsan əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsi haqqında" Konvensiyanı xatırladan gənc sosialist Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını nəzərə çatdırıb. 

Soydaşımız Sosialist Partiyasının rəhbərliyini bu qətnamə layihəsinin qəbul edilməsinə, seşkilərdən sonra fəaliyyətə başlayacaq parlamentdə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına və siyasi-hüquqi qiymətin verilməsinə nail olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO