Arayik Arutyunyan yenə Qarabağın “müstəqilliyindən” danışdı

Arayik Arutyunyan yenə Qarabağın “müstəqilliyindən” danışdı

Hazırda oxunan: Arayik Arutyunyan yenə Qarabağın “müstəqilliyindən” danışdı

23385

Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan Xocavəndin Tağaverd, Qırmızı Bazar və Əsgəranın Saruşen, Şoş, Xanapat və Xramort kəndlərinə gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, o, təhlükəsizlik məsələlərini və sosial-iqtisadi problemləri ərazidə müvəqqəti yaşayan ermənilərlə müzakirə edilib.

"Gəlişim zamanı Qarqar çayının əsas qovşağının inşaat işlərini izlədim, başa çatdıqdan sonra gələn ilin əvvəlindən 2000 hektar ərazini suvarmaq mümkün olacaq", deyə o, Facebook səhifəsində qeyd edib.

Arayik Arutyunyan görüşdə Qarabağın (“Artsax”) müstəqilliyinin tanınması prosesinə də toxunub:

“Müstəqillik uğrunda mübarizəni davam etdirəcəyik, heç vaxt Azərbaycanın bir hissəsi olmağı qəbul etməyəcəyik. Bu, söz mövzusu deyil. Müstəqilliyin gündəliyi qalacaq. Düzdür, uzun bir müddət lazımdır, ancaq buna nail olacağıq”.

Özünü Azərbaycanın qədim torpağında “prezident” elan edən bu şəxsə xatırladırıq ki, “Qarabağın müstəqilliyi” ifadəsi Azərbaycan lideri İlham Əliyevin dediyi kimi gorbagora gedib. Yəqin onu gordan heç kim çıxarıb gətirməyəcək. Arutyunyanın dedikləri bu “kresloda” müəyyən müddətə qalması üçün bir körpü rolunu oynayır.

O körpünün isə tamamilə yandırılacağı və inşaat işləri apardığı Qarqar çayına töküləcəyi gün uzaqda deyil.

Xatırladaq ki, Arutyunyanın getdiyi Tağaverd kəndinin yarısı Azərbaycan hərbçilərinin nəzarətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO