Göyçə mahalında hərbçilərimiz 2 erməni əsgərini döydü – İrəvandan növbəti FEYK

Göyçə mahalında hərbçilərimiz 2 erməni əsgərini döydü – İrəvandan növbəti FEYK

Hazırda oxunan: Göyçə mahalında hərbçilərimiz 2 erməni əsgərini döydü – İrəvandan növbəti FEYK

23326

Ermənistanın Göyçə mahalında (Geqarkunik vilayəti) iki erməni əsgər Azərbaycan hərbçilərinin iştirakı ilə baş verən davada yüngül xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

"Hadisə Ermənistan və Azərbaycan hərbçilərinin iştirakı ilə baş verib. İnsident zamanı odlu silahdan istifadə olunmayıb. Vəziyyət dərhal yuxarı komandanlığın səyləri ilə həll edilib". Bəyanatda belə deyilir.

Qeyd edək ki, bu informasiya hələlik rəsmi Bakı tərəfindən təsdiqlənməyib. Ancaq çox böyük ehtimalla bu, feyk xəbərə bənzəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO