Amma İranın bu üstünlüyü dərin köklərə əsaslanmır. Tehran regionda ancaq Ermənistanla sıx münasibətlərdədir.
Regionun üç böyük ölkəsi, Türkiyə, Rusiya və İranın Cənubi Qafqazın 3 dövləti ilə – Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərində mövcud vəziyyət necədir?
Türkiyə Gürcüstan və Azərbaycanla bütün müstəvilərdə ciddi müttəfiqlik edir. Ermənistanla isə əlaqələr dondurulub və beynəlxalq sferada Ermənistan tərəfindən Türkiyəyə qarşı düşmənçilik siyasəti aparılır. Rusiyanın Azərbaycan və Ermənistanla sıx əlaqələri var, siyasi və iqtisadi münasibətlərdə tərəfdaşlıq şərtləri ciddi şəkildə gözlənilir. Rusiyanın Cənubi Qafqazın üçüncü ölkəsi olan Gürcüstanla əlaqələri isə illərdir ki, qonşuluq siyasətindən çox-çox uzaqdır. Gürcüstanda Rusiyanı işğalçı hesab edirlər.
Regionda tək İrandır ki, hər üç dövlətlə diplomatik və iqtisadi əlaqələri şaxələndirə bilib. Onların içində ən yaxın ölkə isə Ermənistanı seçib.
Görünən mənzərə budur ki, İran regionda nəzəri olaraq Rusiya və Türkiyəni üstələməyə nail olub. Amma bu üç ölkədən hansı Cənubi Qafqazda barışın olmasını istəyir və buna daha çox çalışır?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə bəyan edib ki, "Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”.
Amma heç kimə sirr deyil ki, beynəlxalq platforma üçün Cənubi Qafqazla bağlı çıxışlarda nə Moskva Ankranın, nə də Türkiyə Rusiyanın adını çəkir. Tehran isə heç birinin.
Həqiqət haradadır və o nə diqtə edir? Bu baxımdan prosesləri ələkdən keçirtmək üçün politoloq Fikrət Sadıxovla əlaqə saxladıq.
Siyasi ekspert açıqlamasının əvvəlində qeyd etdi ki, biz təhlükəsizliyin tərəfdarıyıq:
“Türkiyə də bizimlə bu istiqamətdə addımlarını atır. Biz onu görür və yüksək qiymətləndiririk. Eyni zamanda, onu da anlayırıq ki, burada İran siyasəti var, Ermənistanla Rusiyanın ayrıca müttəfiqlik münasibətləri mövcuddur. Gürcüstan-Rusiya münasibətləri isə sıfır dərəcəsindədir. Onların diplomatik əlaqələri yoxdur. Həmçinin İranın da özünəməxsus bir diplomatiyası var və bəzi hallarda bu, regional dövlətlərin maraqlarına uyğun deyil. Amma Tehran İrəvanla demək olar ki, partnyorluq münasibətlərindədir. Əlbəttə ki, bu çətinliklər var və onların müəyyən dərəcədə ümumi işə maneçiliyi gündəmdədir. Buna baxmayaraq belə problemləri qismən arxa plana çəkmək lazımdır. Əgər bu dövlətlər Cənubi Qafqaz regionunda təhlükəsizliyin tərəfdarlarıdırsa və bölgədə stabillik yaratmaq, iqtisadi dividendlər qazanmaq, nəqliyyat-enerji layihələri həyata keçirtmək istəyirlərsə, o zaman bir araya gəlməlidirlər. Hər halda real addımlar nəticəsində bu məqsədə gəlib çatmaq olar. Yəni, mən ilk növbədə regionda stabilliyi, təhlükəsizliyi və eyni zamanda iqtisadi maraq çərçivəsindəki addımları nəzərdə tuturam”.
Politoloqun şərhindən sonra real mənzərəyə bir də nəzər salsaq görərik ki, Cənubi Qafqazda hələ uzun müddət maraqların balanslaşdırılması üçün işlər aparılmalıdır.
Ermənistanın verəcəyi sağlam qərar isə hər şeyi dəyişib sürətləndirə bilər, əks-halda buna məcbur ediləcək.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:05 / 02.06.2021
Cənubi Qafqazın 3 dövləti – İran 3-2 hesabı ilə Rusiya və Türkiyəni üstələyir
Hazırda oxunan: Cənubi Qafqazın 3 dövləti – İran 3-2 hesabı ilə Rusiya və Türkiyəni üstələyir
Hazırda oxunan: Cənubi Qafqazın 3 dövləti – İran 3-2 hesabı ilə Rusiya və Türkiyəni üstələyir
23244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.