“Azərbaycana belə bir görüş lazım deyildi” – Millət vəkili

“Azərbaycana belə bir görüş lazım deyildi” – Millət vəkili

Hazırda oxunan: “Azərbaycana belə bir görüş lazım deyildi” – Millət vəkili

231617

“Azərbaycana belə bir görüş lazım deyildi. Məhz buna görə də rəsmi Bakı bu görüşdən imtina etdi”

 

Sfera.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili qeyd edib ki, bu görüşü Avropa ölkələri təşkil etmişdilər, amma nədənsə Türkiyənin bu görüşdə iştirakına icazə verilmədi.

 

“Avropanın liderlərinin Türkiyənin bu görüşdə iştirakını əngəlləməsi Azərbaycanın da bu görüşdən imtina etməsinə şərait yaratdı. Aydındır ki, orada iştirak edən ölkələrin çoxu Ermənistanın himayədarı idi. Biz öz haqqımızı özümüz əldə etmişik. Qarabağda Azərbaycan bayrağını dalğalandırmışıq” - Cavanşir Feyziyev bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO