“Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik”.
Bizim.Media bildirir ki, BBC-yə müsahibəsində Prezident İlham Əliyev belə deyib.
Prezident vurğulayıb ki, əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq:
“Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”.
“Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız?”- sualına dövlət başçısının cavabı belə olub.
“İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki, hər şey dağıdılıb”.
Prezident İlham Əliyev bildirib ki, ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Sonra isə məhkəmə iddiaları olacaq:
“Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq”-deyə dövlət başçısı əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:09 / 09.11.2020
İlham Əliyev: “Ermənistana qarşı məhkəmə iddalarımız olacaq”
Hazırda oxunan: İlham Əliyev: “Ermənistana qarşı məhkəmə iddalarımız olacaq”
Hazırda oxunan: İlham Əliyev: “Ermənistana qarşı məhkəmə iddalarımız olacaq”
2308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.