“Siyasi partiyalar monitorinq olunmalıdır” – Politoloqdan ÇAĞIRIŞ 

“Siyasi partiyalar monitorinq olunmalıdır” – Politoloqdan ÇAĞIRIŞ 

Hazırda oxunan: “Siyasi partiyalar monitorinq olunmalıdır” – Politoloqdan ÇAĞIRIŞ 

23000

Azərbaycan parlamentində olan müxalif partiyaları artıq kifayət qədər özlərini xərcləmiş partiyalardır. 

Bu fikri politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlaması zamanı söyləyib. Onun fikrincə, siyasi partiyalarla bağlı Azərbaycanda çox eybəcər bir situasiya yaranıb:

“REAL partiyasını real müxalifət görmürəm. Çünki onun üzvlərinin bir hissəsi daha çox Amerika və Avropadakı Azərbaycan əhli olan kanallarda çıxış edirlər. Görünən odur ki, bu partiya iki istiqamətdə inkişaf eləmək istəyir. Həm daxilə hesablanmış siyasət yürüdür, eyni zamanda xaricdən alınmış sifarişlə fəaliyyət göstərirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalıdan Cümşüd Nuriyevə CAVAB: “Oturub bir partiyanı idarə etsin, biz də görək...”


Azərbaycanda daha çox konstruktiv mövqedən konkret olaraq çıxış edən müxalifət partiyaları Ağ Partiya, Ümid, VİP (Vətəndaş və İnkişaf Partiyası) və Azərbaycan Demokrat Partiyasıdır. Bu partiya liderlərinin çıxışlarında müsbət rüşeymlər çoxdur. 

Azərbaycanda destruktiv (dağıdıcı, məhsuldar olmayan) mövqedə çıxış eləyən AXCP-dir. Özlərini qoyublar Milli Şura, nə bilim o birisi, bu birisi.

Əvvəla Milli Şura 1992-ci ilin may ayında bağlanıb. Vaxtı ilə Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Milli Şura adını təzədən gedib bir biabırçı quruma verməyin özü də əxlaqi normalardan uzaqdır”. 

Politoloq son dediklərinin aqresiv qarşılanacağını və müəyyən hücumların ola biləcəyini də istisna etmədi. Buna baxmayaraq Cümşüd Nuriyevin təbirincə desək, demokratik mövqe də olmalıdır:

“Əli Kərimli Azərbaycandakı xalq cəbhəsi ideyasını darmadağın elədi. Bir baxın, təkcə elə bunun müavinləri müxtəlif partiyalar yaradıb. Əli Kərimlinin müavinlərindən Fazil Mustafa, Asim Mollazadə, Əli Məsimli, BAXCP, Aydınlar Partiyası, KXCP var, onların hamısı Əli Kərimlinin müavinləri olub.

Ən azı 6 partiya Əli Kərimlinin yürütdüyü anti-Azərbaycan siyasətinin əleyhinə çıxaraq AXCP-ni tərk ediblər. Bu gün də sözügedən partiyanın həm burada, həm də xaricdəki nümayəndələri Azərbaycanın qara gününü istəyirlər. 

Adam nə qədər yalan danışar? İnsan öz millətinə necə nifrət edər? Mənə çatmır ki, insan bu qədər satıla bilərmi?!”

Politoloqun sözlərinə görə, nədənsə məmnun deyiliksə, bu o demək deyil ki, millətə, dövlətə qarşı çıxmalıyıq. Cümşüd Nuriyev əlavə etdi ki, bəzi siyasi partiyalar heç də öz təyinatları üzrə fəaliyyət göstərmirlər:
 

“Yaxşı olardı ki, Azərbaycanda siyasi partiyalar haqqında qanuna yenidən baxılsın. Əhalinin sayı 10 milyon olduğuna görə, 5 mindən aşağı üzvü olan partiyalar bağlanmalıdır. Hara baxırsan, hərənin qoltuğunda bir papkası var, heç çoxunun ailə üzvləri onun partiyasında təmsil olunmur.


Bütün bunlara son qoymaqdan ötəri həm adı çəkilən qanuna dəyişiklik olunmalıdır, həm də Ədliyyə Nazirliyi monitorinq aparmalıdır. Partiyalar yenidən qeydiyyatdan keçirilməlidir. İnanın 48-dən 8 partiya qalsa, böyük şeydir.

Bu zaman isə Azərbaycanda iqtidar-müxalifət münasibətlərində konstruktivlik artacaq. Eyni zamanda, Azərbaycan özünü müxalifət sayan cırtdan partiya və siyasətbazlardan xilas olacaq”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO