Rusiyada güllələnən azərbaycanlı gəncin QANI – Kimin üzərinə düşür? - VİDEO

Rusiyada güllələnən azərbaycanlı gəncin QANI – Kimin üzərinə düşür? - VİDEO

Hazırda oxunan: Rusiyada güllələnən azərbaycanlı gəncin QANI – Kimin üzərinə düşür? - VİDEO

22980

May ayının 29-da Rusiyanın Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində azərbaycanlı Vəkil Abdullayevin polis tərəfindən güllələnməsi gündəmə çevrilib. Məlumata görə, başından güllə yarası alan 19 yaşlı azərbaycanlı xəstəxanada ölüb. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, tibb işçiləri Vəkil Abdullayevi həyatda saxlamaq üçün mümkün bütün tibbi vasitələrə əl atıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya polisi azərbaycanlıya atəş açdı - GÜLLƏLƏNMƏNİN ANBAAN VİDEOSU


Vəkil Abdullayevin ölüm xəbərləri daha əvvəl yayılsa da, Rusiya hüquq-mühafizə orqanları bu informasiyanı təkzib edərək onun reanimasiyada ağır vəziyyətdə olduğunu deyirdi. 

Qətlin baş verdiyi Moşkova qəsəbəsinə isə OMON cəlb olunub və hazırda patrul xidməti reallaşdırılır. Buna səbəb, Rusiya Daxili İşlər Nazirliyinin qətl törətmiş əməkdaşına və onun ailəsinə görə narahatlıq keçirməsidir. Belə ki, qəsəbəyə ölən Vəkil Abdullayevin başqa yerlərdə yaşayan dostları da gəlib. 

Bununla bağlı Moşkova qəsəbəsindəki bütün yol polisi əməkdaşlarına gülləkeçirtməz jilet paylanılıb. Vəkil Abdullayevi “təsadüfən-biixtiyari” güllələyən polisin ailəsi mühafizəyə alınıb.

Deyilənə görə, Vəkilin ailəsi qətli törədən inspektor və onun ailəsindən qisas alacağını bildirib.

Yəni, Rusiya hüquq-mühafizə orqan əməkdaşlarının əraziyə cəlb olunması bununla bağlıdır. Azərbaycanlıları sakitləşdirmək üçün Novosibirskin Moşkova qəsəbəsinə diaspor nümayəndələri də səfər edib. 

Ölümə səbəb olan insident isə polisin “dur” əmrinə məhəl qoymamaqla başlayıb. Belə ki, rus polisi icazəsiz şüşələrə görə azərbaycanlının da olduğu avtomobili saxlamaq istəyib, lakin onlar polisdən yan keçiblər. Bununla da polis həmin maşını təqib edərək yolüstü kafelərdən birinin yanında saxlatdırıb. Sükan arxasında olan Abdullayevin müqavimət göstərməsi polislə əlbəyaxaya gətirib çıxarıb. Daha dəqiq desək, rus polis azərbaycanlıya təpik-yumruq atıb.

Ardınca isə müqaviməti dayandıran azərbaycanlının başına tapança dirəyib. 38 yaşlı inspektorun atəş açması ilə gənc azərbaycanlı qanına qəltan olub. Xəstəxanaya aparıldıqdan sonra isə rus polisin güllələdiyi azərbaycanlıya rus həkimlər də yardımçı ola bilməyiblər. Və Vəkil Abdullayev son nəfəsini verib. 

Amma qatil polisin vəzifədən istefaya göndərildiyi, yaxud həbs olunması ilə bağlı heç bir məlumat yayılmayıb. 

Anar Rəhimov, Bizim.Media 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO