Dünyada koronavirusdan ölənlərin son STATİSTİKASI

Dünyada koronavirusdan ölənlərin son STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusdan ölənlərin son STATİSTİKASI

22948

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 469 mindən çox artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 469 min 996 nəfər yeni koronavirusa yoluxub, 11 min 311 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 169 milyon 597 min 415, ölənlərin isə 3 milyon 530 min 582 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO