İqtisadiyyat Nazirliyinin yeni binasının ÖZƏLLİKLƏRİ – FOTOLAR

İqtisadiyyat Nazirliyinin yeni binasının ÖZƏLLİKLƏRİ – FOTOLAR

Hazırda oxunan: İqtisadiyyat Nazirliyinin yeni binasının ÖZƏLLİKLƏRİ – FOTOLAR

22827

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər əliyev prospektində İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına yeni binada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada müasir multimedia vasitələri ilə təchiz olunmuş, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, iclas otaqları yaradılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bakıda açılışlarda iştirak etdi - FOTO/VİDEO


Bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır.

Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.

Diqqətə çatdırılıb ki, inşaat qrupu yenilikçi həll yolu olan, hər bir kubun altında polad fermalardan istifadə edərək, dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib.

Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin yeni inzibati binası geniş quruculuq meydanına çevrilən, dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO