ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi - Vaşinqtonda RESPUBLİKA GÜNÜ - FOTOLAR

ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi - Vaşinqtonda RESPUBLİKA GÜNÜ - FOTOLAR

Hazırda oxunan: ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi - Vaşinqtonda RESPUBLİKA GÜNÜ - FOTOLAR

22778

28 may-Respublika Günü münasibətilə ABŞ dövlət rəsmilərinin iştirakı ilə rəsmi tədbir keçirilib, Vaşinqtonun tarixi mərkəzində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədri Rza Vəziri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, ABŞ Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper, Vaşinqton şəhər merinin protokol və beynəlxalq məsələlər ofisinin rəhbəri Patrisia Elvud, ABŞ Dövlət Departamentinin və Müdafiə Departamentinin nümayəndələri, ABŞ şirkətlərinin və təşkilatlarının rəsmiləri, Türkiyənin ABŞ-dakı səfirliyinin hərbi attaşesi və hərbi attaşelik aparatının nümayəndələri, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

28 MAY Azərbaycanın ZƏFƏR ruhunun bayramıdır


Bizim.Media xəbər verir ki, tədbirin əvvəlində iki dövlətin bayrağının asılma mərasimi müşahidə edilib. Daha sonra, USACC-ın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq, tədbiri açıq elan etmək üçün sözü USACC idarə heyətinin sədri Rza Vəziriyə verib.

Rza Vəziri 28 may - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

Daha sonra çıxış edən ABŞ Müdafiə katibinin köməkçisinin müavini Lora Kuper Respublika Günü və müstəqilliyimizin 30 illiyi münasibətilə öz səmimi təbriklərini çatdırıb. Müstəqil, suveren və demokratik cəmiyyətlərin ən yaxşı şəkildə tərəqqi etməyi və böyüməyi bacaran cəmiyyətlər olduğunu qeyd edib.
 

Azərbaycanın müstəqilliyi boyu ölkələrimizin vacib strateji məsələlər üzrə əməkdaşlıq etdiyini, enerji təhlükəsizliyi, terrorçuluq əleyhinə mübarizə sahəsində münasibətləri vurğulayıb. Son 20 ildə Azərbaycanın Əfqanıstanda sarsılmaz dəstəyinə görə təşəkkür edib.


Bu il eyni zamanda, Oklahoma ilə Azərbaycan arasında Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın 18-ci ilinin qeyd olunduğunu diqqətə çatdıran Lora Kuper, bu əməkdaşlıqdan məmnunluğunu bildirib.

ABŞ rəsmiləri və qonaqlar Respublika Günü tədbirinin pandemiyadan sonra onların qatıldıqları ilk rəsmi toplantı kimi əhəmiyyətini dəfələrlə vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO