İsrailli alimə Azərbaycanda fəxri ad veriləcək

İsrailli alimə Azərbaycanda fəxri ad veriləcək

Hazırda oxunan: İsrailli alimə Azərbaycanda fəxri ad veriləcək

22761

Azərbaycan Dillər Universitetində (ADU) “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda onlayn dəyirmi masa keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  ADU-dan məlumat verilib.

Tədbirdə çıxış edən universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, Arye Qutla əməkdaşlıq və dostluq əlaqələri uzun illər əvvəl başlayıb.

Arye Qut Azərbaycandan getsə də, azərbaycanlı olaraq qalıb, ölkəmizlə əlaqəsini kəsməyib. O, Azərbaycana olan məhəbbətini qoruyub və bunu ətrafındakı insanlara da aşılayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Yəhudi siyasi ekspert Azərbaycan xalqına müraciət etdi - Arye Qutdan ÖZƏL AÇIQLAMA


“Arye bizim xaricdə yaşayan dostlarımızdan ən fəalıdır. O, İsraildən buraya soydaşları, dünya KİV-ləri ilə gəlir və Azərbaycanı onlara da sevdirə bilir və dostlarımızın sayını artırır”, - deyə akademik Kamal Abdulla vurğulayıb. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva, İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer , Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycanda Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov , Milli Məclisin deputatı Anatoli Rafailov Arye Qutla bağlı çıxışlar edərək, onun İsrail- Azərbaycan arasındakı münasibətlərdə xidmətlərini yüksək qiymətləndiriblər.

Tədbirin sonunda rektor Kamal Abdulla qeyd edib ki, uzun illərdir Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir.
 

Arye Qutun Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazdığı 700–dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi məsələsi universitet Elmi şurasının gündəliyinə daxil edilib. 


Sonda Arye Qut deyib: “Mən Azərbaycan xalqının dostu yox, oğluyam. Gördüyüm işləri yalnız və yalnız Azərbaycan naminə edirəm.

Azərbaycan sözdə deyil, fakt olaraq multikultural ölkədir. İsrail üçün Azərbaycan Cənubi Qafqazda strateji ölkədir. Burada mənim dostların çoxdur.

Dostlar çox olan yerdə insan güclü olur. Mənə verilməsini təklif etdiyiniz fəxri ada görə dərin təşəkkürümü bildirirəm. Mənim uğurum mənim dostlarımın uğurundan asılıdır. Hər zaman bunu deyirəm”. 

Dəyirmi masanı Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva və İsrail mərkəzinin müdiri, baş müəllim Emiliya Xuduyeva iki dildə idarə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO