Sambo üzrə Avropa çempionatı: Azərbaycan 3-cü yerdə qərarlaşdı

Sambo üzrə Avropa çempionatı: Azərbaycan 3-cü yerdə qərarlaşdı

Hazırda oxunan: Sambo üzrə Avropa çempionatı: Azərbaycan 3-cü yerdə qərarlaşdı

22714

Kiprin Limassol şəhərində keçirilən sambo idman növü üzrə Avropa Çempionatında idmançılarımız ölkəmizi uğurla təmsil edirlər. 

Bizim.Media xəbər verir ki, 27 may tarixində gənclər arasında keçirilən yarışda idmançılarımız bir qızıl, bir gümüş, bir də bürünc medal qazanıblar.

Belə ki, yarışın nəticələri aşağıdakı kimi olmuşdur:

• 98 kq çəkidə 1-ci yer:  Salmanov Toğrul (qızıl medal)

• 58 kq çəkidə 2-ci yer: Məmmədov Nicat (gümüş medal)

• 64 kq çəkidə 3-cü yer: Bağırov Elvin (bürünc medal)

İdmançılarımızın uğurlu iştirakı nəticəsində Azərbaycan 40 iştirakçı ölkə arasında 3-cü yerdə qərarlaşa bilib. 28 may tarixində artıq böyüklər arasında keçirilən yarışa start verilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Vitse-prezidentləri Cavid Səbzəliyev və Murad Cəfərov daxil olmaqla sambo üzrə Azərbaycan yığma komandası tam heyətlə yarışda iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO