Agentliyə icraçı direktor təyin edildi - FOTO

Agentliyə icraçı direktor təyin edildi - FOTO

Hazırda oxunan: Agentliyə icraçı direktor təyin edildi - FOTO

22647

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəklənib.
 

MÖVZU İLƏ BAĞLI:

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşdi


Qeyd edək ki, Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan olub, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirib.

1998-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlayıb, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunub. 2012-ci ildən “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.
 

İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarılıb, Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olunub.


Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO