Ermənistan hökuməti 27 may tarixli iclasında Qafan, Meğri və Texdə (Laçın rayonu ilə sərhəddə yerləşən kənd) torpaq sahələrinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd idarəsinə pulsuz istifadəsi üçün verilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
İcmanın torpaq sahələri hökumətə, öz növbəsində FTX-nın sərhəd idarəsinə bağışlanıb. Bu qərar Ermənistanın cənub-şərq sərhədlərinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə qəbul edilib. Məsələ müzakirə edilmədən öz həllini tapıb.
Qərar isə belə əsaslandırılıb. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata görə, Ermənistanın cənub-şərq sərhədləri gücləndirilməlidir.
Məhz bu məqsədlər üçün rusiyalı sərhədçilərə lazımi torpaq sahələri ayrılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:10 / 27.05.2021
İrəvandan ŞOK QƏRAR: Azərbaycanla sərhəddəki torpaq sahələri Rusiya sərhədçilərinə verildi - SƏBƏB
Hazırda oxunan: İrəvandan ŞOK QƏRAR: Azərbaycanla sərhəddəki torpaq sahələri Rusiya sərhədçilərinə verildi - SƏBƏB
Hazırda oxunan: İrəvandan ŞOK QƏRAR: Azərbaycanla sərhəddəki torpaq sahələri Rusiya sərhədçilərinə verildi - SƏBƏB
22600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.