İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək - Üzümlü detoks

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək - Üzümlü detoks

Hazırda oxunan: İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək - Üzümlü detoks

22524

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz.

Bizim.Media xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür. Həkimlərin rəylərinə görə, sidiyin tünd və köpüklü olması, mədənin gözlənilmədən şişməsi, qarındakı şiddətli ağrılar da bu xəstəliyin göstəricisi ola bilərlər.

Mütəxəssislər qaraciyəri qorumaq üçün tibbi üsullarla yanaşı xalq təbabətindən də yararlanmağın faydalı olacağını bildirirlər.

Üzüm suyu detoksundan istifadə edərək ciyəri təmizləmək və yeniləmək mümkündür.

Hazırlanması:

Detoks hazırlamaq üçün 1 fincan qara çəyirdəkli quru üzüm 3 fincan suya tökülərək qaynadılır. Daha sonra 24 saat ərzində soyuducuda saxlanılır. İstər soyuq, istərsə də isti halda səhərlər ac qarına içilməlidir.

Bu qarışımın faydasını görə bilməyiniz üçün spirtli içkilərdən və hazır qidalardan uzaq durmalısınız. Bir həftə ərzində bu məhluldan istifadə edə bilərsiniz. (medicina)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO