Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2024-cü ilin 11 ayı ərzində marşrut xətlərinin daha müasir, komfortlu və ən son tələblərə cavab verən nəqliyyat vasitələri ilə təmin olunması məqsədilə 226 lot üzrə müsabiqənin keçirilməsi barədə elan verilib.
Bizim.Media xəbər verir ki, müsabiqələrin nəticələrinə əsasən, paytaxtdan Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Zaqatala və Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Artıq bu istiqamətlərdə səfərlər 2015-2024-cü illər istehsalı olan 27 yeni avtobusla həyata keçirilir.
2023 və 2024-cü illərdə şəhərdaxili daşımalara ümumilikdə 284 müasir avtobus cəlb olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:36 / 13.12.2024
Şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə VERİLİB
Hazırda oxunan: Şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə VERİLİB
Hazırda oxunan: Şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə VERİLİB
225150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.