Fərdi həyətlərdə enerji doldurucularını icazəsiz quraşdırmaq MÜMKÜN OLACAQ

Fərdi həyətlərdə enerji doldurucularını icazəsiz quraşdırmaq MÜMKÜN OLACAQ

Hazırda oxunan: Fərdi həyətlərdə enerji doldurucularını icazəsiz quraşdırmaq MÜMKÜN OLACAQ

225084

Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO