Korona gəlin paltarı ilə yayılır - COVİD pasportu ilə bağlı absurd QAYDA

Korona gəlin paltarı ilə yayılır - COVİD pasportu ilə bağlı absurd QAYDA

Hazırda oxunan: Korona gəlin paltarı ilə yayılır - COVİD pasportu ilə bağlı absurd QAYDA

22477

“Dünya Səhiyyə Təşkilatı, bütün ölkələrin rəsmiləri deyirlər ki, vaksin 6-8 ay qoruyur, sonra təsiri itir və ona görə də təkrar vaksinləşməyə ehtiyac olacaq. AB ölkələri 2021-2022-ci il üçün əlavə 1,8 mlrd. dozdan artıq vaksin sifariş veriblər, Kanada əhalisi sayından 6-7 dəfə artıq vaksin alacaq, ABŞ-da da tədarüklər davam edəcək”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə bu o deməkdir ki, bu gün aldığın "covid-pasport" 6-8 aydan sonra qüvvədən düşməlidir:

“İndi hər kəs 2 ilə 3 "covid-pasport" almalıdı? Məsələn, şənbə günü Şəfa balıq evində 1000-dən çox adam var idi, ora getmək adi qaydada olar, amma restoranın girişində bəy-gəlin masası olub adını "toy" qoysaydılar ora "covid-pasportla" getmək olardı...

Bu necə olur?  Virus ancaq musiqi ilə yayılır, ya gəlin paltarı ilə?! Tutaq ki, metronun “20 Yanvar” stansiyasından “Xalqlar Dostluğu”na qədər tək maska taxmaqla 40-45 dəqiqə yüzlərlə insanla birgə yanbayan getmək mümkündür, amma idman zallarında məsafəli yerləşmiş trinajorlarda ancaq "covid-pasportla" 45-60 dəqiqə məşğul olmaq olar?! Hardadı məntiq, bəyəm virus velatrenajorda gəzir?!”

Ekspert əlavə edib ki, Azərbaycan və bir çox ölkə Konstitutsiyalarında vətəndaşlar bərabər hüquqlara malikdirlər. Dünyanın "covid" siyasəti rəsmən ayrıseçkilik salır və insanları yeni "irqə" - vaksinləşmiş ali "irqə", və vaksin vurmayan aşağı "irqə" ayırmağa çalışır:

“İnsan övladının seçim, bərabərlik, özgürlük kimi əbədi arzu, istək və mübarizəsinə son qoyulmağa çalışılır. Dünyada pandemiyanın bitməsi üçün tək bir şeyə ehtiyac var - dövlətlərin virusa münasibəti dəyişməli, xəstəlikdən insanların hüquqlarını boğmaq üçün istifadə etməkdən vaz keçməlidirlər”, deyə Natiq Cəfərli əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO