Şamaxıda qatı duman yollarda hərəkəti çətinləşdirdi – FOTO

Şamaxıda qatı duman yollarda hərəkəti çətinləşdirdi – FOTO

Hazırda oxunan: Şamaxıda qatı duman yollarda hərəkəti çətinləşdirdi – FOTO

224596

Şamaxıda qatı duman səbəbindən yollarda görmə məsafəsi minimum həddə enib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, axşam saatlarından başlayaraq Şamaxı-Bakı, Şamaxı-İsmayıllı-Yevlax yolunda, eləcə də Ağsu dolaylarında vəziyyət daha da çətinləşib.

Hazırda yola nabələd sürücülər avtomobillərini yol kənarında saxlayaraq hərəkəti tamamilə məhdudlaşdırıblar. Mütəxəssislər sürücülərə müvəqqəti olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edirlər. Yolun sürüşkən olması isə sürücülərə daha çox çətinlik yaradır.

Hazırda adıçəkilən ərazilərdə qatı duman hökm sürməkdə davam edir.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO