İranın Ali Rəhbəri Seyid Əli Xameneyinin ABŞ seçkilərini tamaşa adlandırmasına ABŞ-ın Dövlət katibi Mayk Pompeodan sərt cavab gəldi:
“Şəxsən siz xalqınızdan yüz milyonlarla dollar oğurlamısınız. Sizin seçkiləriniz absurddur, yüzlərlə namizədi hətta namizədliyini irəli sürməyə imkan vermirlər. Bu gün sizin millətiniz acdır, çünki siz öz kleptokratiyanızı qorumaq üçün əlaltılarınıza milyardlar xərcləmisiniz”.
Bizim.Media-nın verdiyi xəbərə görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei tvitter hesabında ABŞ-dakı prezident seçkilərini tamaşa adlandırıb.
“ABŞ-da vəziyyət və onların öz seçkiləri barədə danışdıqları tamaşadır. Bu, liberal demokratiyanın biabırçı simasının nümunəsidir. Nəticədən asılı olmayaraq, bir şey tam aydındır. Amerika rejiminin birmənalı siyasi, vətəndaş və mənəvi tənəzzülüdür”- deyərək İran Ali Rəhbəri Demokrat Co Baydenin qələbəsinin saxta olduğunu bildirib.
Bizim.Media