Oğuz rayonunda sürət həddini aşaraq döngədə idarəetməni itirən "Hyundai" minik avtomobili yoldan çıxaraq ağaca dəyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Kərimli kəndi ərazisində baş verib.
İlkin araşdırmalarla məlum olub ki, rayon sakini, 61 yaşlı Şahin Məmmədov idarə etdiyi minik maşınında idarəetməni itirərək yoldan çıxıb. Nəticədə avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, eləcə də iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara Təcili Tibbi yardım bridası ilkin tibbi yardım göstərib. Daha sonra hər üç şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onların müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu