2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək

2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək

Hazırda oxunan: 2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək

223641

2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
 

Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində diaqnostika prosessi bitib.


“Həmin insanlara müvafiq təlimlər veririk. 2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək. Bağçalarda ən vacib məsələ mütəxəssislərin hazırlanmasıdır.

Digər bir məsələ isə savadlı valideynlərin olması, övladları ilə aşağı yaşlardan məşğul olması təhsilin bir komponentidir. Bu prosesin əmək haqqı sisteminə də müəyyən təsir göstərəcəyi gözlənilir. Hazırda bununla bağlı konkret qaydalar olmasa da, gələcəkdə oxşar məntiqin məktəbəqədər təhsildə də tətbiq ediləcəyini düşünürük”,- deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO