Azərbaycanda ötən gün avtomobil qəzalarında 8 nəfər ölüb - STATİSTİKA

Azərbaycanda ötən gün avtomobil qəzalarında 8 nəfər ölüb - STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda ötən gün avtomobil qəzalarında 8 nəfər ölüb - STATİSTİKA

22338

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında altı yol nəqliyyat hadisəsi baş verib, nəticədə səkkiz nəfər ölüb, altı nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO