Bu gün Yaponiyanın Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasının qərbində polis maşını ilə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Yerli vaxtla saat 10:30 radələrində Yaponiya Baş nazirinin avtomobili yol ayrıcında qırmızı işıqda dayanan polis maşınına çırpılıb. Şiqeru İşiba xəsarət almayıb.
Kortej bir neçə dəqiqə hadisə yerində qalıb, daha sonra Tottori hava limanına doğru hərəkət edib. Baş nazir hava limanından təyyarə ilə Tokioya qayıdıb.
Qeyd edək ki, Şiqeru İşiba Tottoridə valideynlərinin məzarını, həm də anadan olduğu yaşayış məntəqəsini ziyarət edib.
Bizim.Media
![Yaponiya Baş naziri qəzaya düşdü Yaponiya Baş naziri qəzaya düşdü](https://bizim.media/file/articles/2024/12/01/1733051740_5359638458764747159.jpg)
- A-
- A
- A+
Dünya
15:13 / 01.12.2024
Yaponiya Baş naziri qəzaya düşdü
Hazırda oxunan: Yaponiya Baş naziri qəzaya düşdü
Hazırda oxunan: Yaponiya Baş naziri qəzaya düşdü
223209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.