"Dövlət sosial yardımı üçün 457 milyon manat AYRILACAQ" – Samir Şərifov

"Dövlət sosial yardımı üçün 457 milyon manat AYRILACAQ" – Samir Şərifov

Hazırda oxunan: "Dövlət sosial yardımı üçün 457 milyon manat AYRILACAQ" – Samir Şərifov

222273

“2025-ci ilin dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımı üçün 457 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

O, ötən illə müqayisədə təhsil xərclərinin 8,7 faiz artırıldığını bildirib: 

“Bununla da təhsil xərcləri 2021-ci ilə nisbətən 60 faiz artmış olacaq. Valideynlərini itirmiş, müharbə veteranlarının, məcburi köçkünlərin övladlarının, əlilliyi olanların təhsili üçün 41 milyon manat vəsait ayrılacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO