“Black Lives Matter” titulu uğrunda şou-döyüş keçiriləcək

“Black Lives Matter” titulu uğrunda şou-döyüş keçiriləcək

Hazırda oxunan: “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçiriləcək

2216

Keçmiş dünya çempionları Mayk Tayson və Roy Cons arasında dörd çəki dərəcəsində Dünya Boks Şurasının (WBC) “Black Lives Matter” xüsusi adı uğrunda döyüş keçiriləcək.

Bizim.Media “BoxingScene”-ə istinadən xəbər verir ki, Tayson və Cons arasındakı şou döyüşü 28 noyabrda baş tutacaq.

Peşəkar karyerasında Tayson 58 döyüşdə 50 qələbə qazanıb (44 nokautla) və iki dəfə məğlubiyyətlə üzləşib. Daha iki döyüş etibarsız sayılıb. O, son döyüşünü 2005-ci ildə keçirib.

Consun isə ümumilikdə 66 qələbə və doqquz məğlubiyyəti var.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO