Türkiyə Azərbaycana təmənnasız 10 minaaxtaran it verdi - FOTO/VİDEO

Türkiyə Azərbaycana təmənnasız 10 minaaxtaran it verdi - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyə Azərbaycana təmənnasız 10 minaaxtaran it verdi - FOTO/VİDEO

22086

Türkiyə Milli Müdafiə Nazirliyi ölkəmizə 10 minaaxtaran it hədiyyə edib. 

Bizim.Media xəbər veriri ki, itlər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboruna daxil ediləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Azərbaycana minaaxtaran itlər hədiyyə etdi


FHN-dən verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu da hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir.

Belə ki, 8 mart 2021-ci il tarixində başlamış təlim kursları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Atteşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir.

Kurslarda əməkdaşlar Azərbaycan FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər.

Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər ölkəmizə dönərək işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO