Baydenin Rusiyaya “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?

Baydenin Rusiyaya “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?

Hazırda oxunan: Baydenin Rusiyaya “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?

22028

“ABŞ prezidenti Co Bayden geri çəkildi. Ağ Evin keçmiş sahibi Donald Tramp Rusiyanın “şimal axını -2” layihəsinə və bu layihədə iştirak edən şirkətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edirdi. Bu sanksiyalar Almaniyaya qaz nəql etmək istəyən Rusiyanın işini çətinləşdirmişdi. Çünki, Amerika sanksiyalarından çəkinən bir qrup şirkət layihəni tərk etmişdilər. Digər tərəfdən Amerikanın Avrpodakı əsas müttəfiqlərindən biri Almaniya üzərində Vaşinqtonun artan təzyiqini hiss edirdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində qeyd edib.

Onun fikrincə, Trampdan fərqli olaraq Bayden Almaniyaya rahat nəsəf almağa imkan vermək üzəridir:

“Baydenin təlimatıyla Dövlət Departamenti “şimal axını – 2” layihəsinə qarşı sanksiyaları dayandırmağa qərar verib. Bu qərarın izahı belədir ki, boru xəttinin təxminən 95 faizi tikilib, ona görə də prosesə mane olmaq mümkün deyil”.

Politoloq bildirib ki, bu izah xaricdə Ukrayna və Polşanı, daxildə isə respublikaçıları qane etməyib:

“Məsələ burasındadır ki, respublikaçı prezident Donald Tramp Rusiya ilə münasibətləri nizamlamağa qərar verəndə demokratlar, o cümlədən Co Bayden onu sərt tənqid edirdilər. Ancaq Bayden prezident olduqdan sonra faktiki Moskvanın istəyini yerinə yetirdi – boru xəttinə qarşı sanksiya qərarını ləğv etdi. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Departamentinin qərarını “müsbət siqnal” kimi dəyərləndirib. Elə bil müsahibəsində Rusiya prezidentini qatil adlandıran Bayden deyildi”.

E. Şahinoğlunun sözlərinə görə, Putin nisbi qələbəsini qeyd edə bilər:

“Doğrudur, Vaşinqqtonun Rusiyaya qarşı digər ünvanlı sanksiyaları qüvvədə qalır, hələ yeniləri də əlavə oluna bilər. Ancaq Putin üçün əsas məsələ “şimal axını – 2” layihəsini bitirmək idi ki, bu boru xəttin ilin sonuna qədər işə düşəcək. Baydenin qərarı və “şimal axını – 2” layihəsinin işə düşməsinin Azərbaycana hər hansı təsiri ola bilərmi? Məsələ burasındadır ki, Azərbaycan da bu ildən başlayaraq qazını Avropaya nəql edir. TAP boru xətti “şimal axını – 2” boru xəttinə rəqib deyil, qaz fərqli bazarlara nəql olunur. Bəlkə də “şimal axını – 2” boru xəttinin işə düşməsi Avropa ölkələrinin və Amerikanın TAP-a marağını artıra bilər. Çünki, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ köhnə qitənin tamamən Rusiya qazından asılı olmasını istəmirlər. Bu isə Azərbaycan qazına marağı artıracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO