Azərbaycan və Türkiyə hərbçilərinin VAHİMƏ yaradan təlimi - ŞƏRH

Azərbaycan və Türkiyə hərbçilərinin VAHİMƏ yaradan təlimi - ŞƏRH

Hazırda oxunan: Azərbaycan və Türkiyə hərbçilərinin VAHİMƏ yaradan təlimi - ŞƏRH

22023

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov məsələyə “Facebook” hesabında münasibət bildirib.

“Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib. Vətən savaşının bitməsinə rəğmən ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi prioritet olaraq qalır. Bu baxımdan, qardaş Türkiyə ilə birgə təlimlər vasitəsi ilə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi strateji əhəmiyyətə malikdir”.

Deputat qeyd edib ki, NATO üzvü olan Türkiyə ordusu gücünə görə dünyanın aparıcı orduları sırasındadır:

“Aktiv ordu üzvlərinin sayına görə Türkiyə NATO-da ABŞ-dan sonra ikincidir. Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə qardaş ölkədə hərbi persional 437 mindən çox olub. Qardaş ölkənin illik hərbi xərcləri 20 milyard dollardan çox qiymətləndirilir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO