Zəngəzurda qalmaqal: Paşinyanın arvadını ölən hərbçilərin ailələri qəbul etmədi

Zəngəzurda qalmaqal: Paşinyanın arvadını ölən hərbçilərin ailələri qəbul etmədi

Hazırda oxunan: Zəngəzurda qalmaqal: Paşinyanın arvadını ölən hərbçilərin ailələri qəbul etmədi

21997

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Zəngəzur (Sünik vilayəti) mahalına gələrək Gorusda Sünik qubernatoru Melikset Poqosyan tərəfindən açılan məktəbin idman salonunun yenidən açılış mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.

Akopyan Parlament sədrinin müavini Lena Nazaryanın müşayiəti ilə Sünik bölgəsinə yola düşüb. Paşinyanın arvadı regional rəhbərliyin binasının yaxınlığında gəzib, sonra mərasimin keçirildiyi Sero Xanzadyanın adını daşıyan məktəbi ziyarət edib.

“Qraparak” qəzetinin yazdığına görə, idman salonunun açılışı bölgə qubernatorunun iştirakı ilə 26 aprel tarixində baş tutmuşdu.

Mənbə bildirir ki, Paşinyanın həyat yoldaşının səfəri hakim qüvvələrin seçki kampaniyası ilə bağlıdır. Məktəb direktoru "Mənim addımım" blokunun seçki siyahısına daxil ediləcək.

Akopyan yalnız qubernator, qubernatorun köməkçisi və Sünik deputatı ilə görüşməyi bacarıb.
O, həmçinin Qarabağ müharibəsində ölən hərbçilərin ailələrini ziyarət etmək istəyib, lakin onu qəbul etməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO