İsraildə erməni terrorunun qurbanları yad edilib

İsraildə erməni terrorunun qurbanları yad edilib

Hazırda oxunan: İsraildə erməni terrorunun qurbanları yad edilib

2199

İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında “Xocalı-613” bağında işğalçı Ermənistan Ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad edilib.

Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə istinadən bildirir ki, tədbirdə azərbaycanlılarla yanaşı, İsraildəki digər icmaların nümayəndələri və yerli sakinlər də iştirak edib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Qarabağda hərbi əməliyyatların başlamasından artıq 40 gün keçdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Daha sonra həlak olan dinc sakinlərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Terror qurbanlarını anmaq üçün Xocalı abidəsinin önünə gül dəstələri və çələnglər düzülüb.

Tədbirdə iştirak edən Kiryat Bialik şəhər merinin müavini Nyuma Raçevskiy yəhudi xalqının haqlı mübarizədə daim Azərbaycanı dəstəkləyəcəyini bildirib. Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib.

Əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını tutan tədbir iştirakçıları şəhər sakinlərinə erməni vandalizmini əks etdirən bukletlər paylayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO