Müharibənin başlayacağını xəyal edirlər - Paşinyan müxalifəti ittiham etdi 

Müharibənin başlayacağını xəyal edirlər - Paşinyan müxalifəti ittiham etdi 

Hazırda oxunan: Müharibənin başlayacağını xəyal edirlər - Paşinyan müxalifəti ittiham etdi 

21778

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bəyan edib ki, özlərini "müxalifət" elan edən dairələr Azərbaycan əsgərlərinin ərazilərimizi tərk etməməsi üçün hər şeyi edirlər.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə Facebook səhifəsində yazıb.

“Onlar müharibənin başlamasını həsrətlə gözləyirlər. Hökümətin hərəkətlərində hər hansı bir sui-qəsd yoxdur və ola da bilməz" deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan arvadı ilə iki sənəd hazırlayır – Qabrelyanovdan ŞOK AÇIQLAMA


Paşinyan bütün təfərrüatları bu gün axşam təqdim edəcəyinə söz verib.

Xatırladaq ki, Vatikandakı keçmiş səfir və Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində sərhəd və ərazi güzəştlərinin yeni prinsipləri ilə razılaşdığını söyləyib və hazırlıq mərhələsində olan üçtərəfli sənədin fotosunu yerləşdirib. Eyni zamanda, Minasyan sənədin gizli bir hissəsinin də olduğunu iddia edib.

Bəzi siyasi qüvvələr artıq hökumət binası qarşısında mitinq keçirmək niyyətində olduqlarını açıqlayıblar.

Bu gün "Maariflənmiş Ermənistan" və "Çiçəklənən Ermənistan" müxalifət fraksiyaları parlamentin növbədənkənar iclasını çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO